


12 noyabr 2026-cı il tarixində Tarix və Coğrafiya müəllimliyi ixtisasının I kurs tələbələrinə Azərbaycan tarixi kafedrasının dosent əvəzi İlham Məmmədovun “Azərbaycan tarixi – 1” fənnindən “Azərbaycan Ərəb xilafətinin hakimiyyəti altında” mövzusunda açıq mühazirə dərsi keçirilib.
Açıq mühazirədə Azərbaycan tarixi kafedrasının müdiri, dosent Gülarə Əliyeva, Ümumi Tarix kafedrasının müdiri, dosent Etibar Musayev və Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə iştirak ediblər.
Açıq dərsdə Ərəb işğalı ərəfəsində Azərbaycanda sosial-iqtisadi vəziyyət, Ərəblərin və xəzərlərin Azərbaycana hücumları, Ərəb-xəzər müharibəsi, ərəb əsarətinə qarşı çıxışlar, Xürrəmilər hərəkatının başlanma səbəbləri və digər məsələlər mühazirədə tələbələrin diqqətinə çatdırlımışdır.