




19 noyabr 2026-cı il tarixində Coğrafiya kafedrasının baş müəllimi Təvəkkül Sadıqovun Tarix və Coğrafiya fakültəsində “Tədris işinin planlaşdırılması” mövzusunda açıq dərs keçirilib. Açıq dərs Coğrafiya müəllimliyi ixtisası üzrə III kurs tələbələri üçün təşkil olunub. Dərsdə tədris işinin planlaşdırılmasının əsas prinsipləri, tədris prosesinin səmərəli təşkili, dərsin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, tədris metodlarının düzgün seçilməsi məsələləri müzakirə olunub. Açıq dərsdə humanitar məsələlər üzrə dekan müavini Azər Cəlilov, Coğrafiya kafedrasının müdiri, dosent Yeganə Əliyeva, Coğrafiya kafedrasının dosenti Nəsibə Hacıyeva və Coğrafiya kafedrasının c.ü.f.d. Lətafət Cəfərova iştirak ediblər. Dərs müasir tədris metodlarından istifadə olunmaqla, tələbələrin fəal iştirakı ilə keçirilib. Sonda açıq dərs müzakirə olunub, müəllimin peşəkar hazırlığı və dərsin təşkili müsbət qiymətləndirilib.