




Noyabrın 20-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçirilib. Mərkəzin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan müsabiqədə respublikanın 50 ali təhsil müəssisəsinin komandası mübarizə aparıb. Yarışda Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin tələbələrindən ibarət komandası iştirak edib. Yarışın nəticələrinə görə Gəncə Dövlət Universitetinin komandası 50 ali məktəb arasında 7-ci yerə çıxıb.