









20 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin universitetdaxili Monitorinq və Qiymətləndirmə Komissiyası Tarix və Coğrafiya fakültəsində dərslərin monitorinqini həyata keçirib.Komissiya üzvləri dərs cədvəlinə əsasən dərslərdə iştirak edib, tədris prosesinin təşkili, müəllimlərin dərsə hazırlığı, tələbələrin davamiyyəti və dərsdə tətbiq olunan tədris metodları ilə tanış olublar. Monitorinq zamanı dərslərin dərs cədvəlinə uyğun təşkil olunduğu, tədris prosesinin müəyyən edilmiş tələblərə uyğun aparıldığı müşahidə olunub.