


17 Noyabr 2026-cı il tarixində Azərbaycan tarixi kafedrasının baş müəllimi Əliyeva Lalə Yusif qızı Tarix ixtisasının II kurs ixtisasında Azərbaycan tarixində Heydər Əliyevin rolu (1969-2003) fənnindən “Müasir mərhələdə Azərbaycan dövlətçilik ənənələrinin formalaşmasında iqtisadi amillərin rolu” mövzusunda açıq seminar dərsi keçirilib.
Açıq dərsdə Azərbaycan tarixi kafedrasının müdiri, dosent Gülarə Əliyeva və Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev iştirak ediblər.
Seminar zamanı mövzu ətrafında geniş müzakirələr aparılıb, tələbələrin bilik və fəallığı qiymətləndirilib.