Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə Gəncə şəhər 25 nömrəli tam orta məktəbdə “Qafqaz Albaniyasının tarixi problemləri” mövzusunda yuxarı sinif şagirdlərinə ustad dərsi keçib.
Dərsdə Universitetin Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, orta məktəbin direrktoru Alik Əliyev, direrktor müavini Nailə Muradova, orta məktəbin Tarix müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
GDU-nun Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev məktəblərdə keçirilən maarifləndirici görüşlərin və ustad dərslərinin əhəmiyyətindən bəhs edib.
Məruzəçi dosent Cavid Bağırzadə Qafqaz Albaniyasının coğrafiyası, mədəniyyəti və siyasi tarixi haqqında ətraflı məlumat verib, ermənilərin tarixi həqiqətləri saxtalaşdırmaq cəhdlərindən danışıb.
Sonda şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.