“Azərbaycan ərəb xilafətinin tərkibində” mövzusunda açıq dərs

22 oktyabr  2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix ixtisasının I kursunda  Azərbaycan tarixi kafedrasının dos.əv.Behbudova Təranə Gəray qızının “Azərbaycan tarixi” fənnindən Azərbaycan ərəb xilafətinin tərkibində mövzusunda açıq dərsi olmuşdur.

         Açıq dərsdə Ərəblərin hücumu ərəfəsində Azərbaycanda vəziyyət, Ərəb-Xəzər müharibəsi, VII əsrin ortalarında ərəb əsarətinə qarşı üsyanlar, Xürrəmilər hərəkatı, VII-IX əsrlərdə Azərbaycanda sosial-iqtisadi vəziyyət və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, müavinləri b/m. Niyaməddin Hacıyev, b/m. Şəhriyar Quliyev, Azərbaycan tarixi kafedrasının müdiri dos.Gülara Əliyeva, müəllim Xoşqədəm Zeynalova iştirak etmişdilər.