Gəncə Dövlət Universitetində “COP 29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda elmi-praktiki konfrans keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üztə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) dünyanın ən mötəbər beynəlxalq qurumlarından biridir. COP-un sessiyasına ənənəvi olaraq hər il bir ölkə başçılıq edir. Bu ilin noyabrında isə Azərbaycan bu möhtəbər tədbirin ev sahibi olacaq. COP29-a ev sahibliyi Azərbaycanın ekologiya sahəsində qazandığı uğurların dünyaya çatdırılması baxımından əlverşli bir fürsətdir. Çünki “yaşıl enerji” növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin prioritet istiqamətidir. Prorektor çıxışında ölkəmizin ətraf mühitin qorunması və qlobal iqlim dəyişmələri sahəsində beynəlxlaq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə Sosial fənlər kafedrasının f.ü.f.d. Balakişiyev Üzeyir “COP 29 və yaşlı enerji nədir?” mövzusnda çıxış etmişdir.