17 may 2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının III kursunda Azərbaycan tarixi kafedrasının dosenti Təranə Behbudova Qafqaz Albaniyasının tarixi problemləri fənnindən “Ərəb işğalı Alban hökmdarı Cavanşirin siyasəti” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Ərəblərin Azərbaycana hücumları, Xəzərlərin hücumları, Alban sərkərdəsi Cavanşirin siyasəti, Varaz Tridatın siyasəti və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi.
Açıq dərsdə Azərbaycan tarixi kafedrası müdirini əvəz edən baş müəllim Eldar Mehdiyev, dosent Sevinc Bağırova, t.ü.f.d. Saidə Babayeva, t.ü.f.d. Nurlana Həmzəyeva və Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə iştirak etmişlər.