19 sentyabr 2024-cü il tarixində Tarix-Coğrafiya fakültəsində “Narkomaniyaya qarşı mübarizə hər kəsin insani borcudur” mövzusunda tədbir keçirilib.
Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva, fakültə dekanı dos. Urfan Həsənov, Humanitar məsələlər üzrə dekan müavini baş müəllim Şəhriyar Quliyev, Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev, Azərbaycan tarixi kafedrasının müdiri dos. Gülarə Əliyeva və fakültənin müəllim və tələbələri iştirak etmişdilər.
Universitetin Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq narkomaniya, onun fəsadları, gətirdiyi faciələr, yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması və bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın əsas məqsədləri haqqında ətraflı məlumat verdi. “Ağ ölüm”ə qarşı mübarizənin gücləndirilməsi üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti barədə söhbət açıb.
Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urafan Həsənov çıxış edərək narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Gənclərə asudə vaxtlarını səmərəli keçirmələrini tövsiyə edib.
Tədbirdə Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlının “Narkomaniya bəşəri fəlaəktdir”, Azərbaycan tarixi kafedrasının müəllimi Çinarə İbrahimova “Gənclərin fəlakətinə səbəb olan ağ ölüm” və fakültənin 1-ci kurs tələbəsi Zeynəb Abbasovanın “Narkomaniyaya qarşı mübarizə” mövzusunda məruzələri dinlənilib.