Kateqoriya Arxivləri: Xəbərlər

XOCALI SOYQIRIMI – XX ƏSRİN FACİƏSİ

Xocalı faciəsi mənfur düşmənlərimiz olan ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərdən biridir. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları […]

Davamı

“Azərbaycanda orta əsr şəhər yerlərinin arxeoloji tədqiqi” mövzusunda elmi seminar

25 oktyabr 2017-ci il tarixdə Sosial fənlər kafedrasının təşkilatçılığı ilə ADPU-nun tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlillinin “Azərbaycanda orta əsr şəhər yerlərinin arxeoloji tədqiqi” mövzusunda elmi seminarı keçirilmişdir. Elmi seminarda Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektor dos.Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov və fakültənin professor-müəllim […]

Davamı

“Qafqaz II Dünya müharibəsi illərində” mövzusunda açıq dərs

21 dekabr  2017-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix coğrafiya müəllimliyi  ixtisasının  III  kursunda  Ümumi tarix kafedrasının baş müəllimi Əsgərova Xəyalə İsrail qızının Qafqaz xalqlarının tarixi  fənnindən “Qafqaz II Dünya müharibəsi illərində” mövzusunda açıq dərsi olmuşdur. Müəllimə dərsi interaktiv təlimlə keçdi. Tələbələri qrupa bölməklə hər bir qrupa tapşırıqlar verdi.  Seminar məşğələsində müasir texniki vasitələrdən istifadə etməklə […]

Davamı

KÖRPƏLƏR EVİNƏ ZİYARƏT

Tarix coğrafiya  fakültəsinin  tələbələri  körpələr evinə ziyarət etdilər.Tələbələr  körpələrə hədiyyə alaraq sevindirdilər.Uşaq evində balacalara yaradılan şəraitlə tanış olublar. Körpələrlə asudə vaxt keçirmiş və onların xoşbəxt olması üçün şərait yaratmışdırlar.

Davamı

“I Dünya müharibəsinin hüquqi və tarixi tərəfləri (fransız və alman pəncərəsindən)” mövzusunda Beynəlxalq simpozium

Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının professoru, tarix elmləri doktoru Sadıqov Həsənbala Hənifə oğlunun 5-10 dekabr tarixlərində İstanbulda İstanbul Universitetinin ev sahibliyi ilə Türk Tarih Qurumunun təşkil etdiyi “I Dünya müharibəsinin hüquqi və tarixi tərəfləri (fransız və alman pəncərəsindən)” mövzusunda Beynəlxalq simpoziumda iştiakı ilə əlaqədar olaraq  20 dekabr 2017-ci il tarixində  fakültədə hesabat […]

Davamı

“Azərbaycan Səfəvilər dövləti” mövzusunda açıq dərs

19 dekabr  2017-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix coğrafiya müəllimliyi  ixtisasının I  kursunda  Azərbaycan tarixi kafedrasının p.ü.f.d., baş müəllimi Məmmədov İlham Adil oğlunun Azərbaycan tarixi  fənnindən “Azərbaycan Səfəvilər dövləti” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Səfəvilər dövlətinin yaranması, dövlətin genişlənməsi, Səfəvilərə qarşı yaranan birliklər, Səfəvi-Osmanlı müharibələri, Səfəvi dövlətinin beynəlxalq əlaqələri və başqa məsələlər seminar məşğələsində […]

Davamı

Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

     Tədbiri giriş sözü ilə açan Tarix-coğrafiya fakültəsnin dekanı dos. Urfan Həsənov  bildirib ki, Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Daha sonra çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, […]

Davamı

“The history of internet” (İnternetin tarixi) mövzusunda açıq dərsi

08 dekabr  2017-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix – Coğrafiya müəllimliyi ixtisasının I  kursunda  Praktik xarici dillər kafedrasının baş müəllimi Kərimli Aytən Tahir qızının İngilis dili  fənnindən “The history of internet” (İnternetin tarixi) mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə İnternetin tarixi haqqında mətnin izahı və tərcüməsi, internetin müasir həyatımızda rolu haqqında ,  Ümumdünya hörümçək toru […]

Davamı

“Tərbiyənin prinsipləri” mövzusunda açıq dərs

  06 dekabr  2017-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının II kursunda  müəllim Məhərrəmova Səadət Hüseyn qızının Pedaqogika  fənnindən “Tərbiyənin prinsipləri” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə tərbiyənin prinsipləri anlayışı, tərbiyə prinsipinin müvafiq qanunauyğunluqla bağlılığı, tərbiyənin əsas prinsipləri və digər məsələlər seminar məşğələsində izah olundu. Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri […]

Davamı

“Gəncə Gənclər Debat Forumu: Payız 2017”

“Gəncə Gənclər Debat Forumu: Payız 2017” -nin universitetlər üzrə qalibi Gəncə Dövlət Universiteti olmuşdur. Gəncə Dövlət Universitetini Tarix-Coğrafiya fakültəsinin tələbələrindən təşkil olunmuş komanda təmsil etmişdir. Tarix ixtisası I kursda oxuyan fəal tələbəmiz İsbəndiyar İsgəndərov regionun ən yaxşı IV natiqi seçilmişdir. Qaliblər Gəncə Debat Mərkəzi tərəfindən kubokla mükafatlandırılmışlar. 1 dekabr tarixində həmin tələbələr fakültə dekanı dos.Urfan […]

Davamı