Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir

IMG_0995 IMG_1001 IMG_1002 IMG_0998 IMG_0999 IMG_1009 IMG_1006 IMG_1010 IMG_1004

Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində  ümummilli liderimizin anım gününə həsr edilmiş tədbir keçirilib. Tədbir başlanmazdan əvvəl müəllim və tələbələr  dahi rəhbərin məktəbin həyətində ucaldılan abidəsi önünə gül dəstələri qoyublar.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov açaraq bildirib ki, böyük şəxsiyyətlər fəaliyyət göstərdikləri dövrdə siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə dəyişərək liderlik zirvəsinə yüksəlirlər. Tarix yaratmaq isə hər kəsə nəsib olmur. Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycanın siyasi tarixini yaradan müdrik şəxsiyyətdir. Adı müasir tariximizə qızıl hərflərlə yazılan dünya şöhrətli siyasətçinin ömür yolu xalqa xidmət nümunəsidir.

Məruzəçilər qeyd ediblər ki, dahi lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini qurması, inkişaf etmiş bir dövlətə çevirərək xalqımıza miras qoyması onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətidir. Ulu öndərin parlaq ideyalarının gerçəkləşdirilməsi nəticəsində bu gün ölkəmizin hərtərəfli və sürətli inkişaf etməsi, baş verən əsaslı dəyişikliklər, xarici siyasətdəki uğurlar, həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

Tədbirin sonunda dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.