23.02.2024-cü il tarixində Azərbaycan tarixi kafedrasının baş müəllimi Vüqar Abbasovun Tarix-Coğrafiya fakültəsi Sosial iş ixtisası I kursda “Azərbaycan tarixi ” fənnindən “Azərbaycan ərazisində ilk tayfa birlikləri və qədim dövlətlər” mövzusunda açıq dərsi oldu.
Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, Azərbaycan tarix kafedrasının müdir əvəzi baş müəllim Eldar Mehdiyev, Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, Azərbaycan tarixi kafedrasının dos.əv. Təranə Behbudova, t.ü.f.d. Rimunə Hüseynova, baş müəllim Lalə Əliyeva iştirak etmişlər.
Dərs də müəllim Azərbaycan ərazisində ilk tayfa birlikləri, Azərbaycan ərazisində erkən dövlət qurumlarının yaranması və bunu şərtləndirən əsas amillər, Aratta, Lullubi və Kuti dövlət qurumları, E.ə.II minillikdə Azərbaycan ərazisində etno-siyasi proseslər, Manna dövləti, Kimmer, İskit-Sak tayfaları Azərbaycan ərazisində, Azərbaycan Midiya və Əhəməni dövlətlərinin tərkibində və s. məsələləri geniş və aydın şəkildə izah edildi.