07 mart 2024-cü il tarixində Magistratura şöbəsində Sosial fənlər kafedrasının t.ü.f.d. Günel Hüseynovanın Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisasının I kursunda Qruplarla psixososial iş fənnindən Məişət zoraklığına məruz qalmış insanlara psixososial xidmət mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Magistratura şöbəsinin müdiri dos. Emin Yaqubov, Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə və Sosial fənlər kafedrasının dos. əv. Azər Cəlilov iştirak etmişdir.
Müəllim dərsdə magistrlərə məişət zorakılığı nədir, Dövlət tərəfindən məişət zorakılığına qarşı aparılan tədbirlər, Sosial işçinin psixososial xidmətləri və s. məsələləri geniş izah etdi. Mövzu ilə bağlı nümayiş etdirilən slayd dərsin səmərəli keçməsinə və mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaratdı.