Sosial fənlər kafedrasının magistrlərinin sınaq dərsləri

Sosial fənlər kafedrasının Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş ixtisasının 2 kurs magistrləri Elmi tədqiqat və elmi pedaqoji təcrübədədirlər. Təcrübə prosesində magistrlər sınaq dərsləri keçirlər. 04 mart 2024-cü il tarixində Gənclərlə iş ixtisasının 2 kurs magistri Ayşən Qurbanovanın Sosial iş ixtisasının 1 kursunda Sosial iş təcrübəsində etik prinsiplər fənnindən və 7 mart 2024-cü il tarixində Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisasının 2 kurs magistri Əliyeva Türkan Suliddin qızı Sosial iş ixtisasının I kursunda Sosial iş nəzəriyyəsi və təcrübəsi fənnindən seminar məşğələsi sınaq dərsi keçmişdilər. Sınaq dərslərində Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, kafedranın baş müəllimi Qərənfil Ramazanova, baş müəllim Şəhriyar Quliyev, müəllim Yeganə Əhmədova və magsitrlər iştirak etmişdilər. Sınaq dərsinlərindn sonra keçirilmiş dərslərin müzakirəsi aparılmış və qiymətləndirilmişdir. Hər iki sınaq dərsi yaxşı qiymətləndirilmişdir.