Sosial iş 4 kurs tələbələri SOS Uşaq kəndində istehsalat təcrübəsində

Sosial iş ixtisasının 4 kurs tələbələri Gəncə “SOS” Uşaq kəndində İstehsalat təcrübəsinin planına uyğun olaraq təlimlərdə iştirak edirlər. Belə təlimlərdə sosial işçinin vəzifələri, onların iş fəaliyyəti haqqında təcrübəçilərə ətraflı məlumat verilir.

Təcrübənin gedişində tələbələr müəssisənin iş fəaliyyəti ilə yaxından tanış olur, koordinator və sosial işçilərin rəhbərliyi altında təcrübənin qrafikinə uyğun olaraq işləri yerinə yetirirlər.