02 aprel 2024-cü il tarixində Tarix-Coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının müəllimi Nərgiz İbrahimovanın Tarix və Coğrafiya müəllimliyi ixtisasının 3 kursunda İslam tarixi fənnindən “Abbasilər dövründə İslam cəmiyyətinin inkişafı” mövzusnda açıq dərsi keçirilmişdir. Dərsdə Ümumi tarix kafedrasının dos. Hüseyn Bəxtiyarlı, dos. Nərgiz Rəsulova, t.ü.f.d. Xatirə İlyasova, t.ü.f.d. Yeganə Məmmədova, müəllimlər Sevinc İmanlı və Elmira Əliyeva iştirak etmişdir.
Açıq dərsdə Abbasilər sülaləsinin gizli dövlət dövrü, Abbasilərin hakimiyyətə gəlməsi, 847-945-ci illərdə Abbasi xilafəti, 945-1055-ci illərdə Abbasilər xilafətinin vəziyyəti və Abbasilər xilafətinin süqutu seminarda seminar məşğələsində izah olundu. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.