Tarix-Coğrafiya fakültəsinin “Zəfər yolu” divar qəzeti fakültənin ictimai həyatını işıqlandıran ayda bir dəfə olmaqla buraxılır. Zəfər yolu qəzeti müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin yaradıcılıq potensiallarını üzə çıxarmaq məqsədilə mütəmati olaraq “Tələbə guşəsi” bölməsində istedadlı tələbələrin müəllif olduqları şeir, hekayə, tezis, məqalə və s. yerləşdirir. Sayca VII nömrəsi hazır olan qəzetin redaktoru fakültənin Tarix və Coğrafiya fakültəsinin IV kurs tələbəsi Elnur İsmayılovdur. Qəzetdə açıq dərslər, iclaslar, yarışlar, tərcübə səfərləri və s. məlumatlar xronoloji ardıcılıqla yerləşdirilir.
Zəfər yolu qəzetində 3 müxbir, 1 baş redaktor olmaqla fakültənin 4 tələbəsi çalışır. Qəzet onlayn formada oxumaq da mümkündür