“Cənub slavyanları Osmanlı imperiyasının hakimiyyəti altında” mövzusunda açıq dərs

05.04.2024-cü il tarixində Tarix-Coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının 2 kursunda Ümumi tarix kafedrasının müəllimi Sevinc İmanlı “Slavyan ölkələrinin qədim və orta əsrlər tarixi” fənnindən “Cənub slavyanları Osmanlı imperiyasının hakimiyyəti altında” mövzusunda açıq dərsi keçirilmişdir.

Müəllimə dərsdə Serbiya krallığının süqutu. Balkanlarda Osmanlı ekspansiyasının başlanması, Serb xalqı Osmanlı imperiyasının tərkibində, Bolqarıstanın Osmanlılar tərəfindən fəthi, Bolqrasıtan Osmanlı imperiyasının tərkibində, Xorvat torpaqları uğrunda Osmanlı, Avstriya və Venetsiya arasında mübarizə, Bosniya və Hersoqavina, Çernoqaviya Osmanlı imperiyasının tərkibində və s. məsələri tələbələrlə birlikdə ətraflı diskusiya etdilər. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

Açıq dərsdə  Ümumi tarix kafedrasının dos. Nərgiz Rəsulova, t.ü.f.d.Xatirə İlyasova, t.ü.f.d. Yeganə Məmmədova, t.ü.f.d. Gültəkin Allahverdiyeva, müəllim Elmira Əliyeva iştirak etmişlər.