“Bağlanma nəzəriyyəsi və uşaq evlərində sosial xidmət prosesinə tətbiqi” mövzusunda açıq dərs

11 dekabr  2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının I kursunda  Sosial fənlər kafedrasının müəllimi Əhmədova Yeganə Mehman qızının “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənnindən “Bağlanma nəzəriyyəsi və uşaq evlərində sosial xidmət prosesində tətbiqi” mövzusunda açıq dərsi olmuşdur.

         Açıq dərsdə Bağlanma nəzəriyyəsi, internatda qalan yeniyetmələrdə sosial iş zamanı “Bağlanma nəzəriyyəsi və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Sosial fənlər kafedrasının b/m. Şəhriyar Quliyev, müəllim Aytən İsayeva və müəllim Günel Yusibova iştirak etmişlər.