“Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması.Rusiya-İran müharibəsi” mövzusunda açıq dərs

17 dekabr  2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix ixtisasının II kursunda  Azərbaycan tarixi kafedrasının baş müəllimi Cahangirova Tünzalə Məhərrəm qızının Azərbaycan tarixi -2 fənnindən “Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması.Rusiya-İran müharibəsi” mövzusunda açıq dərsi olmuşdur.

         Açıq dərsdə XIX əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxlaq vəziyyəti, Azərbaycanın işğalının başlanması.Car-Balakən və Gəncənin istilası,I Rusya-İran müharibəsinin başlanması.Qarabağ və Şəki xanlıqlarının tabe edilməsi. Şirvan, Bakı və Quba xanlıqlarının işğalı və Gülüstan sülh müqaviləsi. Azərbaycanın işğalının I mərhələsinin başa çatması mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin , tədirs işləri üzrə dekan müavini baş müəllim Niyaməddin Hacıyev, Azərbaycan tarixi kafedrasının müdiri dosent Gülara Əliyeva, Ümumi tarix kafedrasının müdiri dosent Etibar Musayev iştirak etmişlər.