Tarix-Coğrafiya fakültəsində növbəti Elmi Şura keçirildi

Tarix-Coğrafiya fakültəsində Elmi Şuranın  növbəti iclası keçirilib. Tarix-Coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov iclası giriş sözü ilə açaraq Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

      Elmi Şurada gündəlikdə duran məsələlər –  Fakültəldə Tarix, Tarix müəllimliyi, Tarix və Coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi və Sosial iş IV-V kurs tələbələrinin pedaqoji internaturası və təcrübənin gedişi haqqında, Tələbələrin asudə vaxtının təşkili sahəsində görülən işlər haqqında, Açıq dərslərin aparılması və müzakirəsi vəziyyəti haqqında, Sosial fənlər kafedrasının müəllimi Yusibova Günel Yalçın qızının fərdi hesabatı dinlənilib.  

     İclasda gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.