“Osmanlı dövlətinin Əmir Teymur tərəfindən işğalı” mövzusunda açıq dərs

10 aprel  2025-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının II kursunda  Ümumi tarix kafedrasının müəllimi Elmira Əliyevanın  Osmanlı tarixi tarixi fənnindən “Osmanlı dövlətinin Əmir Teymur tərəfindən işğalı”mövzusunda açıq dərsi olmuşdur.

Dərsdə  müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə göstərilirdi. Dərsdə İldırım Bəyazidin taxta çıxışı və Bizans, Niqbolu xaçlı səfəri və səfərin Bizans və Avropa nəticələri, İldırım Bəyazidin Anadolu türkmən bəylikləri ilə münasibətləri, Əmir Teymur və I Bəyazidin münasibətləri, Ankara döyüşü məsələləri müzakrə olundu. Dərs prosesində həm tələbələrin izahlarına əlavələr edir, həm də ona verilən sualları cavablandırırdı ki, bu da mövzunun hərtərəfli mənimsənilməsini təmin etdi. Tələbələrin fəallığı yüksək səviyyədə idi.

         Açıq dərsdə dos. Nərgiz Rəsulova, t.ü.f.d. Xatirə İlyasova, t.ü.f.d. Yeganə Məmmədova iştirak etmişlər. Açıq dərs sonda müzakirə edildi.