“Qlobal iqlim dəyişikliyi və ekocoğrafi proseslərin dinamikası” mövzusunda elmi-praktik konfrans

13 oktyabr 2025-ci il tarixində Tarix və coğrafiya fakültəsində Tələbəb Elmi Cəmiyyətinin təşəbbüsü ilə Coğrafiya kafedrası ilə birgə ” Qlobal iqlim dəyişikliyi və ekocoğrafi proseslərin dinamikası” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Tarix və coğrfiya fakültəsinin dekanı dos. Urfan Həsənov, tədirs işləri üzrə dekan müavini baş müəllim Niyaməddin Hacıyev, Coğrafiya kafedrasının müdir dos. Yeganə Əliyeva, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev, Sosial fənlər fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə və fakültənin professor-müəllim heyəti iştirak etmişdir.

Konfransın açılışını fakültə dekanı dos. Urfan Həsənov professor-müəllim heyətini və tələbələrə tədbirin əhəmiyyətindən danışıb və belə tədbirlər tələbələrdə tədqiqat bacarıqlarının formalaşması və elmi düşüncəsini inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Rəsmi çıxışlardan sonra konfrans öz işini məruzələr bölümü ilə davam etmişdir. Tələbələr Tələbə Elmi Cəmiyyətinin və elmi rəhbərlərin təşkilati dəstəyi ilə hazırladıqları elmi məqalələri təqdim edərək mövzu ətrafında fikir mübadiləsi aparmış, məruzələr müvafiq kafedra üzvləri tərəfindən dinlənilmiş və elmi müzakirələr formatında qiymətləndirilmişdir. Hər çıxışın ardından müəllimlər tərəfindən elmi qeyd və tövsiyələr səsləndirilmiş, tələbələrin elmi üslub, tədqiqat metodologiyası və analitik yanaşma bacarıqları diqqətə alınmışdır.