




15 oktyabr 2025-ci il tarixində Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsi Tarix və coğrafiya fakültəsinin tələbələri üçün maarifləndirici ekskursiya təşkil olunmuşdur. Ekskursiya çərçivəsində tələbələr “Gəncə Qala Qapıları -Arxeoloji və Etnoqrafiya Muzeyi”ni zəyarət etmiş, burada şəhərin qədim tarixi, maadi-mədəniyyət nümunələri və arxeoloji tapıntılarla yaxından tanış olmuşdur.
Daha sonra ekskursiya iştirkaçıları Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbirin məqsədi tələbələrin tarixi irsimizə olan marağının artırılması, Gəncənin mədəni-tarixi abidələri ilə yerində tanışlıq, eləcə də praktik biliklərin təcrübi mühtidə möhkəmləndirilməsi olmuşdur.