Tarix və coğrafiya fakültəsinin tələbələri Universitetin kitabxanası ilə tanışlıq

Tarix və coğrafiya fakültəsinin tələbələri Universitetin əsas kitabxanasına tanışlıq səfəri ediblər. Görüş zamanı kitabxananın fəaliyyəti, fondların tərkibi və istifadə qaydaları haqqında ümumi məlumat verildi. Daha sonra tələbələr kitab fondlarına baxış keçirib, nadir nəşrlərin qorunduğu “Qızıl fond” bölməsi ilə yaxından tanış oldular. Buradakı qədim və dəyərli nəşrlər tələbələrin xüsusi marağına səbəb olub.

Sonda tələbələrə kitabxanadan səmərəli istifadə yolları barədə tövsiyyələr verilib və sualları cavablandırılıb.