Tarix və coğrafiya fakültəsinin tələbələri Şeyxzamanovların ev müzeyinə ekskursiyası

24 oktyabr 2025-ci il tarixində Tarix və coğrafiya fakültəsinin tələbələri Ümumi tarix kafedrasının baş müəllimi Məhərrrəmov Bəxtiyar Elman oğlunun rəhbərliyi ilə Gəncə şəhərində yerləşən bölgənin tanınmış ziyalı nəslindən olan Şeyxzamanovların ev müzeyində ekskursiyada olublar.

Ekskursiyanın məqsədi tələbələrdə milli-mənəvi dəyərlərin qorunması, yerli tarixi şəsxiyyətlərin irsinin öyrənilməsi və təbliği istiqamətində maarifləndirici biliklərin artırılması olub.

Muzeydə tələbələrə Şeyxzamanovlar nəslinin Gəncənin ictimai, mədəni və siyasi hayatında oynadığı mühüm rol, bu nəsildən çıxmış görkəmli şəxsiyyətlərin fəaliyyətləri haqqında ətraflı məlumat verilib.

Xüsusilə vurğulanıb ki, 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Azərbaycana gələrkən məhz Şeyxzamanovların evində yaşayıb. Bu fakt həmin ocağın yalnız bir ailə evi deyil, həm də milli mücadilə tariximizin canlı şahidi olduğunu göstərir.