



28 oktyabr 2025-ci il tarixində Tarix və coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının I kursunda baş müəllim Elmira Ağayeva Mülki müdafiə və ilkin tibbi yardım fənnindən “Bakteroloji silah və bioloji zədələnmə ocağında yaranmış şəraitin qiymətləndirilməsi”mövzusunda açıq dərsi keçirilmişdir.
Dərs prosesində həm tələbələrin izahlarına əlavələr edir, həm də ona verilən sualları cavablandırırdı ki, bu da mövzunun hərtərəfli mənimsənilməsini təmin etdi. Tələbələrin fəallığı yüksək səviyyədə idi.
Açıq dərsdə tədris işləri üzrə dekan müavini Niyaməddin Hacıyev, Fiziki tərbiyə, çağrışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müəllimləri Zülfiyyə Ələkbərova və Şahmar Məmmədov iştirak etmişdir.