“Sosiometrik sorğu” mövzusunda açıq dərs

29 oktyabr 2025-ci il tarixində Tarix və Coğrafiya fakültəsinin Sosial iş ixtisasının II kursunda Sosial fənlər kafedrasının baş müəllim Rəhimova Gülnar Yaşar qızının “Sosial işdə riyazi metodlar” fənnindən “Sosiometrik sorğu” mövzusunda açıq dərsi keçirilmişdir.

Müəllimə dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır. 

Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekan müavini Niyaməddin Hacıyev, Azərbaycan tarixi kafedrasının müdiri dos. Gülara Əliyeva, Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, dos.əv. Azər Cəlilov və müəllim Pərvanə Məmmədova iştirak etmişdir.