



Tarix və coğrafiya fakültəsində akademik məsləhətçilər (tyutorlar) tələbələrlə görüş keçiriblər. Görüşdə tələbələrə kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətlərinə hər bir təhsil alanın fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi, ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsil verənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi, təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması, tələbəyə sərbəst iş üçün şəraitin yaradılması, biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi, hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması, hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi, tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması, təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması daxildir. Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, qeydiyyat, qiymətləndirmə, monitorinq bölmələri) tərəfindən tənzimlənməsini başa saldılar.