





Gəncə şəhərində Heydər Əliyev mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin təbliği ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev siyasətinin Azərbaycan tarixində rolu” mövzusunda panel tədbir keçirilib.
Fakültə tələbələri əvvəlcə mərkəzin ekspozisiyaları ilə tanış olaraq burada nümayiş etdirilən fotoları və interaktiv təqdimatları böyük maraqla izlədilər. Onlara Heydər Əliyevin dövlət quruculuğu, diplomatik fəaliyyəti və ölkənin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.
Daha sonra tələbələr həmçinin mərkəzdə təşkil olunan maarifləndirici tədbirdə iştirak ediblər. Tədbirdə gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda yetişməsi və Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinin əhəmiyyəti vurğulanmışdır.