



31 oktyabr 2025-ci il tarixdə Tarix və coğrafiya fakültəsinin Tarix ixtisasının I kursunda Ümumi tarixi kafedrasının t.ü.f.d.,baş müəllimi Allahverdiyeva Gültəkin Afət qızının “Arxeologiya” fənnindən “Misir və Egey dünyasının arxeologiyasının öyrənilməsi” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Misirşünaslığın yaranması, Qədim Misirdə ilk əkinçilik mədəniyyətləri, Egey dünyasının e.ə. III-II min. arxeoloji abidələr, Krit- miken mədəniyyətini mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.
Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekan müavini dos. Azər Cəlilov, Ümumi tarix kafedrasının dos. Hüseyn Bəxtiyarlı, t.ü.f.d.Yeganə Məmmədova, müəlim Elmira Əliyeva iştirak etmişlər.