ƏLİYEV RAMİN RAMİZ OĞLU
Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müəllimi
Tel.: + 994(050) 351-62-23
Email: raminlev@gmail.com
QISA BİOQRAFİK MƏLUMAT
- 27.04.1978-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur.
TƏHSİL VƏ ELMİ DƏRƏCƏ ELMİ ADLARI
- 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsini bitirmiş və hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi almışdır.
- 1999-2001-ci illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsinin magistraturasını bitirmiş, “Beynəlxalq hüquqda təcavüz problemi” mövzusunda magistr dissertasiyasını müdafiə etmiş və hüquqşünaslıq ixtisası üzrə magistr dərəcəsi almışdır.
- 2014-2016-cı illərdə Belçika Krallığında Lövn Katolik Universitetinin (KU Leuven) “Cəmiyyət, hüquq və din” proqramı üzrə magistraturasını bitirmiş, “Kanon hüququnda mediasiya” mövzusunda magistr dissertasiyasını müdafiə etmiş və magistr dərəcəsi almışdır.
ƏMƏK FƏALİYYƏTİ
- 2001-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Tarix və mədəniyyət abidələrinin mühafizəsi, bərpası və qorunması” Baş İdarəsində mütəxəssis vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
- 2002-ci ildə “Qərb” Universitetinin Hüquq fakültəsində müəllim olaraq pedaqoji fəaliyyətə başlamışdır.
- 2003-2007-ci illərdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmət keçmişdir.
- 2004-2005-ci illər ərzində Avropa Şurasının “Terrorçuluqla mübarizə üzrə Ekspertlər Komitəsi”nin və həmin komitənin bürosunun üzvü olmuşdur.
- 2007-2010-cu illərdə yazarlıq və tərcüməçiliklə, habelə Azərbaycanda, qısa müddət ərzində isə, Rusiya və Ukraynada tikinti sahəsində kiçik bizneslə məşğul olmuşudur.
- 2011-ci ilin may ayından 2014-cü ilin fevral ayınadək Lənkəran şəhərində “Nippon KOEİ Consultancy” şirkətində tərcüməçi vəzifəsində çalışmışdır.
- 2015-2017-ci illərdə “Qərb” Universitetində müəllim vəzifəsində işləmişdir.
- 2015-2017-ci illərdə Bakı Dövlət Universitetində saat hesabı əsaslarla müəllim vəzifəsində işləmişdir.
- 2018-ci ildən etibarən Gəncə Dövlət Universitetinin, Tarix-Coğrafiya fakültəsinin Sosial fənlər kafedrasının müəllimidir.
- Bakalavr pilləsində Azərbaycan Respublikasının Konstitusiyası və Hüququn Əsasları, Qloballaşma və Beynəlxalq Sosial İş, İnsan İnkişafının Əsasları, Milli Təhlükəsizlik və s. fənlərini tədris edir.
MƏQALƏLƏRİ
- “Beynəlxalq terrorçuluq: yeni tendensiyalar və beynəlxalq əməkdaşlıq sahəsində problemlər” // Beynəlxalq hüquq və inteqrasiya problemləri jurnalı, № 1 (5), 2006, s. 137-144.
- “Freedom of Religion and Belief (FoRB) in Azerbaijan: current legal regime, contemporary challenges and safeguards”// International Law and Integration Problems, 2019, №1 (56), pp.65-72.
- “Beynəlxalq hüquqda təcavüz anlayışı”// Gəncə Dövlət Universitetinin Elmi Xəbərlər Jurnalı. 2019. № 2, s. 190-194.
- “II Qarabağ müharibəsinin beynəlxalq-hüquqi aspektləri”//Azərbaycan Hüquq Jurnalı. 2022. № 1, s. 85-93.
- “Sənaye inqilabı dövründə hüququn tədrisinin artmaqda olan əhəmiyyəti”// “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti : reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın materialları. Mingəçevir Dövlət Universiteti, 16-17 dekabr 2022-ci il, I cild, s. 553-555.
KİTABLARI
- Ramin Lev Aliyev, Mediation in Canon Law, Amazon Kindle Direct Publishing | Self Publishing. 2021. 1st edition (January 6, 2021), ISBN-13: 979-8591937492. Print length: 134 pages.
- Ramin Lev Aliyev, The Right to Life VS. the Right to Death, Kindle Direct Publishing; 1st edition (February 20, 2018). ASIN: B079YSNSNB. Print length: 19 pages.
- Ramin Lev Aliyev, Ten Stories to Develop a Legal Mind (Collection of short essays and articles). Kindle Direct Publishing; 1st edition (February 21, 2018). ASIN: B079ZBVG6D. Print length: 115 pages.
MÜƏLLİFİ OLDUĞU TƏDRİS PROQRAMLARI
- “Qaçqın və Məcburi Köçkünlərlə Sosial İş” kursu üzrə ali təhsilin bakalavr pilləsi üçün fənn proqramı. Əmr Tarixi: 17/02/2020. Qrif No: 5/41. 22 səh. Həmmüəllif dos. A. Məmmədov.