Bu gün Yel çərşənbəsidir
Yazın gəlişini müjdələyən sərin meh əsir, torpaq baharın nəfəsini duyur. Bu gün Novruzun sayca üçüncü olan Yel çərşənbəsi qeyd olunur. Xalq arasında ona “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” də deyilir. Qədim inanclara görə, Yel çərşənbəsində oyanan külək bütün dünyanı dolaşaraq təbiətə can verir. O, oyanmış suyu və odu hərəkətə gətirir, torpağa yeni nəfəs bəxş edir. […]
