“Cinayət hüququnun əsasları” mövzusunda açıq dərs

IMG_0604IMG_0603IMG_0600IMG_0599IMG_0598

13 noyabr  2017-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının III kursunda  s.ü.f.dok. Cəfərov Samir Tofiq oğlunun Azərbaycan Respublikasının Konstitutsiyası və hüququn əsasları  fənnindən “Cinayət hüququnun əsasları” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə müəllim cinayət hüququnun anlayış və vəzifələri, cinayət qanunu və cinayətin anlayışı, cinayət məsuliyyətinin anlayışı və əsasları və digər məsələləri izah etdi.

Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri üzrə dekan müavini, baş müəllim Niyaməddin Hacıyev, Sosial fənlər kafedrasının müdiri dos. Asim Məmmədov, Azərbaycan tarixi kafedrasının müdiri dos.Emma Aslanova, p.ü.f.dok. Azər Cəlilov, baş müəllim Təvəkkül Sadıdov və kafedranın digər əməkdaşları iştirak etmişlər.