“Gəncə Gənclər Debat Forumu: Payız 2017”

IMG_20171201_130530 IMG_20171201_130702 IMG_20171201_131118

“Gəncə Gənclər Debat Forumu: Payız 2017” -nin universitetlər üzrə qalibi Gəncə Dövlət Universiteti olmuşdur. Gəncə Dövlət Universitetini Tarix-Coğrafiya fakültəsinin tələbələrindən təşkil olunmuş komanda təmsil etmişdir. Tarix ixtisası I kursda oxuyan fəal tələbəmiz İsbəndiyar İsgəndərov regionun ən yaxşı IV natiqi seçilmişdir. Qaliblər Gəncə Debat Mərkəzi tərəfindən kubokla mükafatlandırılmışlar. 1 dekabr tarixində həmin tələbələr fakültə dekanı dos.Urfan Həsənovla görüşmüşdür. Urfan Həsənov bu qalibiyyətlə bağlı tələbələri təbrik etmiş və uğurlarının davamının gəlməsini diləmişdir. Sonda xatirə şəkili çəkilmişdir.