“İstehsal xərcləri və mənfəət” mövzusunda açıq dərs

IMG_0891 IMG_0892IMG_0888IMG_0889IMG_0890

19 aprel  2018-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi  ixtisasının  II  kursunda  İqtisadiyyat kafedrasının baş müəllimi Abbasov Nicat Yaşar oğlunun İqtisadiyyat  fənnindən “İstehsal xərcləri və mənfəət” mövzusunda açıq dərsi olmuşdur.

Müəllim müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır. İstehsal xərclərinin mahiyyəti, İstehsal xərclərinin quruluşu, daxili və xarici xərclər, İstehsal xərclərinin müxtəlif formaları, Mənfəətin mahiyyəti, vəzifələri və formaları, kapitalın hərəkəti, əsas və dövriyyə kapitalı və digər məsələləri mühazirədə ətraflı izah etdi.

Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, İqtisadiyyat kafedrasının müdiri, dos.Zakir Əhməd, Ümumi tarix kafedrasının müdiri dos.Vüsalə Veysəlova, İdarəetmə kafedrasının baş müəllimi Nəcəf Qurbanov və digər əməkdaşlar iştirak etmişlər.