








26.12.2025-ci il tarixində “Zəfər yolu” qəzetinin təşkilatçılığı ilə fakültədə görkəmli şair və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Proqram çərçivəsində rəqs nömrələri nümayiş etdirilib, tarixi şəxsiyyətlərin canlandırılması tədqim olunub, eləcə həmrəylik gününə həsr olunmuş maraqlı səhnəciklər göstərilib.
Tədbirin davamında isə bayram ab-havası daha da coşqu ilə qeyd olunub, iştikarçlar səmimi və yüksək əhval-ruhiyyə içində bayramı qarşılayıblar.