“Paleqrafiya” mövzusunda açıq dərs

11.10.2017-ci il tarixdə Ümumi tarix  kafedrasının  dosenti  Etibar Adil oğlu  Musayevin “ Tarixə  köməkçi”  fənnindən “Paleqrafiya” mövzusunda Tarix və Coğrafiya müəllimliyi ixtisası üzrə II kursda açıq dərsi keçirilmişdir.

Dərsdə Paleoqrafiya köməkçi fənn kimi onun predmet və vəzifələrindən, yazının əmələ gəlməsindən, Qədim Şərq yazı sistemlərindən, yazı materialından,kağızın yaranması, yayılması və təkminləşdirilməsindən və Azərbaycan yazıları   haqqında geniş məlumat verdi.

Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, b/m.Niyaməddin Hacıyev, Ümumi tarix kafedrasınını müdiri dos. Vüsalə Veysəlova, Azərbaycan tarixi kafedrasının müdiri dos.Emma Aslanova kafedranın digər əməkdaşları iştirak etmişlər