“Cümhuriyyət kuboku – 100” adlı intellektual bilik yarışı
21.12.2018-ci il tarixində “Odlar Yurdu Gənclər İctimai Birliyinin” təşkilatçılığı və Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin ev sahibliyi ilə “Cümhuriyyət kuboku – 100” adlı intellektual bilik yarışı keçirilmişdir. Yarışda Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin müxtəlif kurs və müxtəlif ixtisaslarından ibarət olan tələbələrdən ibarət 7 komanda iştirak etmişdir. Yarışda “1” yerə Tarix müəllimliyi ixtisasının 1-ci kurs tələbələrinin […]