19 dekabr 2017-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix coğrafiya müəllimliyi ixtisasının I kursunda Azərbaycan tarixi kafedrasının p.ü.f.d., baş müəllimi Məmmədov İlham Adil oğlunun Azərbaycan tarixi fənnindən “Azərbaycan Səfəvilər dövləti” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Səfəvilər dövlətinin yaranması, dövlətin genişlənməsi, Səfəvilərə qarşı yaranan birliklər, Səfəvi-Osmanlı müharibələri, Səfəvi dövlətinin beynəlxalq əlaqələri və başqa məsələlər seminar məşğələsində tələbələrin diqqətinə çatdırlımışdır.
Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri üzrə dekan müavini, baş müəllim Niyaməddin Hacıyev, Azərbaycan tarixi kafedrasının müdiri dos.Emma Aslanova, Ümumi tarix kafedrasının müdiri dos. Vüsalə Veysəlova, Coğrafiya kafedrasının müdiri dos. Yeganə Əliyeva və kafedranın digər əməkdaşları iştirak etmişlər.