“Qafqaz XVI əsrdə” mövzusunda açıq dərs

IMG_0864 IMG_0862 IMG_0861 IMG_0860 IMG_0863 IMG_0865

06  aprel 2018-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix I kurs ixtisasında Ümumi tarix kafedrasının baş müəllimi Allahverdiyeva Gültəkin Afət  qızının  Qafqaz xalqları tarixi fənnindən  “Qafqaz XVI əsrdə” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə  Cənubi Qafqazda Azərbaycan Səfəvi dövlətinin möhkəmlənməsi, Gürcüstanın Səfəvilər dövlətinə tabe edilməsi, Qafqaz uğrunda Səfəvi-Osmanlı müharibələrinin başlanması, XVI əsrin ortalarında Qafqaz uğrunda Səfəvi-Osmanlı-Rusiya rəqabəti və digər məsələlər  mühazirədə ətraflı izah etdi.

Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri üzrə dekan müavini, baş müəllim Niyaməddin Hacıyev, Ümumi tarix kafedrasının müdiri dos.Vüsalə Veysəlova  və kafedranın digər əməkdaşları iştirak etmişlər.