“Məzun günü”

IMG_20180521_122059 IMG_20180521_121807 IMG_20180521_121838 (1) IMG_20180521_121818 IMG_20180521_122451 IMG_20180521_122944

Mayın 21-də  Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində “Məzun günü”  qeyd edildi. Azərbaycan Dövlət Himinin səsləndirilməsi ilə başlayan təbbiri Fakültənin dekanı dosent  Urfan Həsənov açaraq məzun tələbələri “Məzun günü” münasibətilə təbrik etdi, onlara gələcək fəaliyətlərində uğurlar arzuladı. Dekan  məzunlara ən xoş arzularını çatdırdı.

Gəncə Dövlət Universitetin Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva və Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə əziz məzunları təbrik etdilər, onlara dövlətimizin üçün layiqli, savadlı vətəndaşlar olmalarını və Azərbaycanın gələcəyi naminə çalışmagı tövsiyə etmişdilər.

Məzunlar adından  Ayxan  ürək sözlərini söyləyərək həm sevinc içində olduğunu, həm də kədər hissi keçirdiyini bildirdi. O, yaradılmış şəraitə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirmiş, harada fəaliyyət göstərəcəyindən  asılı olmayaraq, doğma ali təhsil ocağının və üzərində əməyi olan müəllimlərinin adını daim uca tutacağını vurğuladı.

Tədbir konsert proqramı ilə davam etdi.