“Əhalinin miqrasiyası” açıq dərs

IMG_1263 IMG_1268 IMG_1265 IMG_1267 IMG_1264 IMG_1271

06 noyabr  2018-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi  ixtisasının  III  kursunda  Coğrafiya kafedrasının dosenti Əhmədli Arifənin “Əhali coğrafiyası” fənnindən “Əhalinin miqrasiyası” mövzusunda açıq dərsi olmuşdur.

Müəllimə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slaydla  maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır. Dünya əhalisinin miqrasiya prosesi, Dünya, MDB və Azərbaycan əhalisinin miqrasiyası, miqrasiyanı yaradan səbəblər və digər məsələləri mühazirdə ətraflı izah etdi.

Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri üzrə dekan müavini, baş müəllim Niyaməddin Hacıyev, Coğrafiya kafedrasının müdiri dos.Yeganə Əliyeva, Ümumi tarix kafedrasının kafedra müdiri dos. Vüsalə Veysəlova və kafedranın digər əməkdaşları iştirak etmişlər.