Türkiyənin Samsun şəhərində keçirilmiş I Uluslararası Gənclik Konfransı

Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının baş müəllimi Yusifli Toğrul Xəlil oğlu  may ayının 18-19 tarixlərində Türkiyənin Samsun şəhərində keçirilmiş I Uluslararası Gənclik Konfransında iştirak etmişdir.

Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən 19 may 1919-cu ildə Qazi Mustafa Kamal Atatürkün Samsuna gəlməsinin və Milli Mücadilə Hərəkətinin başlanması 100 illiyi münasibətilə Konfrans keçirilmişdir. Konfrans Mustafa Kamal Paşanın 16 may 1919-cu ildə “Bandırma” vapuru(bərə-gəmi) ilə İstanbuldan hərəkət edərək 19 may 1919-cu il tarixində Samsuna gəlməsi və Türkiyə Cümhuriyyətinin yaranmasını hazırlayan tarixi dönəmin başlanması  kimi əhəmiyyətli tarixi hadisəyə həsr olunmuşdu.

Dünyanın bir çox ölkələrindən gəlmiş konfrans iştirakçıları içərisində Gəncə Dövlət Universitetini təmsil edən Toğrul Yusifli “Qurtuluş Savaşı dövrünün siyasi gerçəklərinin Ə.Hüseynzadənin publisistikasında təqdimatı” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə böyük maraq doğurmuş, Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən yüksək qiymətləndirilmiş, Yusifli Toğrul Xəlil oğlu  xüsusi “Katılım Bəlgəsi” ilə təltif olunmuşdur. Məruzə konfransın bildiri kitabında nəşrə qəbul edilmişdir.