Tarix- Coğrafiya fakültəsində Xocalı soyqırımının anım tədbiri keçirilib

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Gəncə Dövlət Universitetinin Tarix – Coğrafiya fakültəsinin kollektivi Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.   Tədbirdə  çıxış edənlər bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli insan faciələrindən biridir. Qeyd edilib ki, Xocalıda törədilmiş bu insanlıq əleyhinə cinayətə beynəlxalq siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan hökuməti tərəfindən bir çox qətiyyətli addımlar atılıb, soyqırımın dünya ictimaiyyətinə tanıdılması istiqamətində genişmiqyaslı işlər görülüb.