“İdeal elmi rəhbər və keyfiyyətli dissertasiya işi necə hazırlanmalı” mövzusunda Beynəlxalq seminar

Azərbaycan Dövət İqtisadi Universitetində 9 may 2020-ci il tarixində “İdeal elmi rəhbər və keyfiyyətli dissertasiya işi necə hazırlanmalı” mövzusunda onlayın beynəlxalq seminar keçirilmişdir. Beynəlxalq seminarda Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının b/m., p.ü.f.d. Cəlilov Azər də iştirak etmişdir. Beynəlxalq seminarda İdeal rəhbər dissertasiya işinin hazırlanmasında əsas meyar kimi, ideal elmi rəhbərin kriteyarları, Dissertasiya keyfiyyətinə təsir edən amillər, keyfiyyətli dissertasiyalar necə hazırlanmalıdır, dissertasiyalara plagiat və ona qarşı mübarizə, dissertasiyalara qoyulan tələblər, dissertasiyaların hazırlanmasının texnologiyası, beynəlxalq elmi bazalardan istifadə qaydaları, Hansı konfranslar aprobasiya olaraq qəbul edilir, tədqiqatçının pedaqoji fəaliyyəti müzakirə edilmişdir. Qeyd edək ki, seminar Zoom platforması ilə keçirimişdir.