“Xocalı soyqırımı- sağalmayan yaramız”

23 fevral 2021- ci ildə Tarix-Coğrafiya fakultəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xocalı soyqırımı- sağalmayan yaramız” adlı onlayn elmi-praktiki konfrasns keçirilmişdir. Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə açılış nitqində Xocalı soyqırımının törədilməsi ilə bağlı tarixi faktlardan bəhs edərək, soyqırımın həyata keçirilməsində 366-cı motoatıcı alayının, rus zabit və əsgərlərinin rolundan danışdı. Tədirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva Soyqırımın ağrı-acıları haqqında fikirlərini dilə gətirdi. Onlayn konfransda Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev  “Xocalı soyqırımı ərəfəsi və dövründə respublikada ictimai-siyasi vəziyyət”  mövzusunda, Ümumi tasrix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova  “Xocalı  soyqırımın dəhşətləri” mövzusunda, Azərbaycan tarixi kafedrasının baş müəllimi Tünzalə Cahangirova  “Xocalı soyqırımı ümumibəşəri cinayətdir” mövzusunda, Tarix və Coğrafiya müəllimliyi ixtisasının I kurs tələbəsi Xalidə  Quliyeva “Xocalının milli qəhrəmanları” mövzusunda çıxış etdilər.