“Azərbaycandakı Tədqiqatlar Potensialının Gücləndirilməsi”üzrə təlim

ADA Universiteti ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirən “Azərbaycandakı Tədqiqatlar Potensialının Gücləndirilməsi” layihəsini həyata keçirmişdir. Bu məqsədlə, ADA Universiteti 10 həftəlik tədqiqat yönümlü onlayn təlim proqramını təklif edir. Təlim proqramı “Tədqiqat metodları” və “akademik yazı işi” kursundan ibarətdir. Proqram ADA Universitetin aparıcı professor-müəllim heyəti tərəfindən keçirilir və azərbaycan dilində tədris olunur. Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikat ilə təltif olunrlar.

Təlim proqramında iştirak etmiş iştirakçılar ilə seminar və sertifikatların təqdimat görüşü təşkil olundu. Görüş Gəncə Dövlət Universitetinin  V tədris binasında baş tutdu. Görüşün əsas qonaqları  ADA Universitetinin Təhsilin İdarə edilməsi fakültəsinin  proqram direktoru Saidə Nəbiyeva və ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Dr. Anar Vəliyev idilər.

Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin 4 əməkdaşına bu sertifikatlar tədqim edildi.