Rektorluğun 22.12.2021-ci il tarixli 4/149 saylı əmrinə əsasən Tarix –coğrafiya fakültəsinin Tarix, Sosial iş ixtisaslarının IV kurs tələbələri Gəncə şəhərində yerləşən istehsalat müəssisələrində təcrübə keçmələri ilə əlaqədə olaraq SOS uşaq kəndi, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialı, Tarix diyarşünaslıq muzeyləri, Tarixi –arxeloji əhəmiyyət kəsb edən ərazilər, Milli Elmlər Akademiyasının Gəncə Regional Mərkəzlərinə istehsalat təcrübəsinə göndərilmişdilər. İstehsalat təcrübəsi müddətində təcrübəçi tələbələr həmin müəssisələrin nizam –intizam qaydalarına əməl etməklə öz ixtisaslarına uyğun bilik və bacarıq vərdişlərini artırmaq üçün həmin müəssisənin təcrübəli işçiləri ilə bərabər təcrübələrini uğurla davam etdirirlər. Tələbələr təcrübə müddətində idarəetmə orqanlarının iş təcrübəsi ilə tanış olmaq onların ümumi, idarəetmə quruluşunun, müəssisələrin qarşıya qoyduğu ictimai və sosial problemlərin həlli ilə bağlı yerinə yetirdiyi işlər, xarakteri, istehsalat bölmələri, ali məktəblərdə qazandıqları nəzəri bilikləri möhkəmləndirmək və dərinləşdirməkdən ibarətdir.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Şahin Xurşudov təcrübəçi tələbələrlə görüşüb Universitet rəhbərliyi adından tələbələri salamlamış, təcrübənin təşkili, məqsəd və keçirilməsinin mahiyyəti, onun əsas növləri, diplomqabağı təcrübənin əhəmiyyəti onun peşə hazırlığında rolu, tələbələrin Ali məktəbdə aldığı nəzəri biliklərin möhkəmləndirilməsi, dərinləşdirilməsi və sonrakı əmək fəaliyyətində istifadə edilməsi haqqında tələbələrə ətraflı məlumat vermişdir. Görüş zamanı təcrübəçi tələbələri və müəllimləri maraqlandıran suallara Şahin müəllim ətraflı məlumat verdi.